Ağdamda Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşının minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.
“Füyuzat”ın məlumatına görə, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, mayın 28-də Ağdam rayonunun işğaldan azad edilmiş Sırxavənd kəndi ərazisində ANAMA əməkdaşı 1997-ci il təvəllüdlü Yusubov Hasil Eldar oğlunun xidməti vəzifəsini yerinə yetirən zaman mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib, digər zəruri prosessual hərəkətlər icra olunub.
Hazırda Hasil Yusubovun vəziyyəti stabil olmaqla müalicəsi xəstəxanada davam etdirilir.