Avropa İttifaqı (Aİ) 2025-ci ildə Ukraynaya 30 milyard avro yardım göstərmək niyyətindədir, o cümlədən Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən 18,1 milyard avro Ukraynanı dəstəkləmək məqsədilə ayrılacaq.
“Füyuzat”ın məlumatına görə, bunu Aİ-nin yüksək rütbəli rəsmisi dekabrın 19-da keçiriləcək icma sammitindən əvvəl Brüsseldə jurnalistlərə bildirib.
“Ukraynaya maliyyə dəstəyi öhdəliyimiz qalır, 2025-ci ildə Aİ Ukraynaya təxminən 30 milyard avro məbləğində dəstək verəcək”, – rəsmi şəxs deyib.
Diplomatın sözlərinə görə, bu 30 milyard avro Aİ-nin Rusiyanın hərbi əməliyyatları başlayandan bəri Ukraynaya verdiyi 130 milyard avroya əlavə olaraq ayrılacaq.