Xəbərlər

Aİ 2031-ci ilə qədər hərbi xərclərini 2 trilyon avro artıracaq

“Avropa İttifaqı (Aİ) 2031-ci ilə qədər hərbi xərclərini 2 trilyon avro artırmaq niyyətindədir”.

“Füyuzat”ın məlumatına görə, bunu Brüsseldə keçirilən forumda çıxış edən Aİ diplomatiyasının rəhbəri Kaya Kallas bildirib.

“Aİ 2031-ci ilə qədər hərbi xərcləri 2 trilyon avro artırmaq niyyətindədir. Mən qərarlıyam. Aİ-nin militarizasiyasını sürətləndirməkdə israr etməyə davam edəcəyəm”, – Kallas qeyd edib.