Xəbərlər

Aİ 400 milyon avro dəyərində dron və digər avadanlıqlar alacaq

Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyi Avropa İttifaqında (Aİ) sərhəd nəzarətini gücləndirmək üçün pilotsuz uçuş aparatları (PUA) və digər müşahidə avadanlıqlarının alınmasına 400 milyon avro dəyərində vəsait ayırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Euractiv” portalı məlumat yayıb.

Məlumata görə, bu məbləğin 184 milyon avrosu dronlara və onların istismarı üçün zəruri olan xidmətlərə, daha 19 milyon avrosu müşahidə cihazlarına, o cümlədən gecəgörmə cihazlarına ayrılacaq. Həmçinin informasiya və kommunikasiya texnologiyaları üçün ümumi məbləği 186,5 milyon avro dəyərində avandanlıqların alınması planlanır. Əlavə olaraq, Bolqarıstanla birgə əməliyyatlar üçün quru sərhədlərində PUA-ların istifadəsi üzrə pilot layihəyə 3 milyon avro xərclənəcək.