“Azərbaycan və Ermənistanın sərt ritorikadan və güc təhdidlərindən qaçaraq bütün həll edilməmiş məsələlər üzrə xoş niyyətlə danışıqlar aparması vacibdir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə baş nümayəndəsi Anita Hipper “Armenpress”ə bildirib.
O, Aİ-nin regionda davamlı sülhə nail olmaq üçün tərəfləri dəstəkləməyə hazır olduğunu qeyd edib. Hipper vurğulayıb ki, tərəflər dialoqu davam etdirməyə və müvafiq narahatlıqlarına cavab verən qarşılıqlı məqbul həllər tapmağa cəhd etməlidir.