Xəbərlər

Aİ Belarusa qarşı sanksiyaları genişləndirib

Avropa İttifaqı (Aİ) BelTA xəbər agentliyinin baş direktoru İrina Akuloviç də daxil olmaqla 28 Belarus təhlükəsizlik rəsmisi, hakim və jurnalistə qarşı sanksiya tətbiq edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

Sanksiya siyahısına STV kanalında yayımlanan “Senat” verilişinin aparıcısı və Belarus Milli Assambleyasının Gənclər Parlamentinin sədri Nikita Raçilovski də daxildir. Sanksiyalar Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəislərinin iki müavininə, bəzi hakimlərə, prokurorlara, islah müəssisələrinin rəhbərlərinə qarşı da tətbiq edilib.

Qeyd edək ki, ümumilikdə 261 nəfər və 37 təşkilat Aİ-nin Belarusa qarşı sanksiya siyahısına daxil edilib.