Avropa İttifaqı (Aİ), ABŞ, Böyük Britaniya və digər yeddi ölkə (Andorra, Gürcüstan, İslandiya, Norveç, Moldova, San Marino və İsrail) Avropa Şurasının (AŞ) “Süni intellekt” (AI) üzrə Çərçivə Konvensiyasını imzalayıblar.
“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.
Konvensiya Avropa Şurasının 46 üzvü və ittifaqa üzv olmayan 11 ölkənin (Argentina, Avstraliya, Vatikan, İsrail, Kanada, Kosta Rika, Meksika, Peru, ABŞ, Uruqvay və Yaponiya) əməkdaşlığı ilə hazırlanıb.
Qeyd edilib ki, sənəd həm dövlət, həm də özəl şirkətlər tərəfindən süni intellektdən istifadəni tənzimləyir və tərəfləri bu cür texnologiyalardan istifadə zamanı insan hüquqları standartlarına uyğunluğu yoxlamağı, həmçinin bu tələb yerinə yetirilmədikdə onların istifadəsinə qadağa qoymağı öhdəsinə götürür.