Xəbərlər

Aİ Gürcüstanla vizasız rejimi dayandırmağı düşünür

“Avropa İttifaqı (Aİ) Gürcüstanın “Avropa ilə yaxınlaşma” yoluna qayıtmayacağı təqdirdə, onunla vizasız rejimi dayandırmağı nəzərdən keçirir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski məlumat verib.

“Aİ prezidentlərin və baş nazirlərin ən yüksək səviyyəsində Gürcüstanda baş verən hadisələrin trayektoriyasından narahatlığını ifadə edib. Gürcüstanı Aİ-ə yaxınlaşdıracaq islahatlar əvəzinə, son aylarda bir neçə hadisə baş verib ki, onlar Gürcüstanla Aİ arasında məsafəni artırıb. Biz bunu ittifaq daxilində müzakirə etdik və bir neçə ay əvvəl açıqladıq ki, bütün variantlar masadadır, o cümlədən vizasız rejimin müvəqqəti dayandırılması da buna daxildir”, – Qerçinski bildirib.