“Avropa İttifaqı (Aİ) ilin sonuna qədər Suriyaya 160 milyon avro yardım edəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra bildirib.
“Aİ Suriyanı dəstəkləmək üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək. Bu il Suriyaya yardımımız 160 milyon avroya çatacaq”, – o deyib.
Von der Leyen həmçinin Dəməşq və Brüssel arasında diplomatik əlaqələrin bərpa olunduğunu təsdiqləyib.