Avropa İttifaqı (Aİ) İsrail hökumətinin üzvlərinə qarşı sanksiyalar hazırladığını açıqlayıb.
“Füyuzat”ın məlumatına görə, bunu Aİ-nin rəhbəri Cozep Borrell deyib.
“Biz fələstinli mülki əhalini qorxutmaq məqsədi daşıyan Cit kəndində məskunlaşanlara qarşı hücumları qətiyyətlə pisləyirik. İsrail hökumətinin bəzi üzvləri də daxil olmaqla, təcavüzkar fəaliyyətə şərait yaradanlara qarşı sanksiyalar təklif etmək niyyətimi təsdiqləyirəm”, – Borrell qeyd edib.