“Ukrayna indidən hərbi vəziyyətin yumşaldılması barədə düşünməlidir”.
“Füyuzat”ın məlumatına görə, bunu Avropa Komissiyasının (AK) Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş Direktorluğunun rəhbəri Gert Yan Kupman bildirib.
“Aydındır ki, müharibə başa çatdıqdan və hərbi vəziyyət ləğv edildikdən sonra Ukrayna konstitusiya normalarına qayıdacaq. Sizə indi qüvvədə olan hərbi vəziyyətlə bağlı məhdudiyyətlərin zəruriliyini və mütənasibliyini dəqiqliklə öyrənməyi məsləhət görürəm. Ətraflı öyrənin!” – “Strana” nəşri onun sözlərindən sitat gətirib.