Avropa İttifaqı (Aİ) konstitusiyasında neytrallığı şərtləndirən Moldovaya hərbi yardımı artıraraq, onu Ukraynadan sonra bu sahədə dəstək baxımından ikinci ölkəyə çevirib.
“Füyuzat”ın məlumatına görə, bunu Aİ-nin Moldovadakı nümayəndəliyinin rəhbəri Yanis Majeyks NATO Əlaqə Bürosu və Moldovanın Avropa Siyasəti və İslahatları İnstitutunun təşkilatçılığı ilə Kişinyovda keçirilən təhlükəsizlik konfransında şıxışı zamanı deyib.
“2021-2024-cü illər arasında Moldova Respublikasının Silahlı Qüvvələrinə Aİ-dən verilən dəstək 137 milyon avroya çatıb ki, bu da Moldovanı bu sahədə ikinci ən böyük dəstək alan ölkə edir. Biz eyni tempdə davam etmək niyyətindəyik”, – Majeyks bildirib.