Xəbərlər

Aİ-nin Rusiyaya qarşı yeni sanksiya rejimi 2025-ci il oktyabrın 9-dək qüvvədə olacaq

“Avropa İttifaqı (Aİ) Şurasının Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərinin yeni mexanizmi 2025-ci il oktyabrın 9-dək qüvvədə olacaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Aİ-nin rəsmi jurnalında dərc olunan fərmanda qeyd olunub.

Qeyd edilib ki, hazırda Aİ-nin bəzi sanksiya mexanizmləri bir il müddətinə təsdiq edilsə də, Avropa İttifaqında Rusiya Federasiyasına qarşı əsas sanksiya tədbirləri hər altı aydan bir nəzərdən keçirilir.