“Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri Lüksemburqda planlaşdırılan görüşdə Ukraynadakı münaqişəni və bununla bağlı bütün məsələləri müzakirə edəcəklər”.
“Füyuzat”ın məlumatına görə, bunu Aİ-nin yüksək səviyyəli nümayəndəsi jurnalistlərə deyib.
Qeyd edilib ki, xarici işlər nazirləri regionda baş verən son hadisələri, o cümlədən Livandakı vəziyyət fonunda Yaxın Şərqdəki münaqişəni müzakirə edəcəklər.