Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Qazaxıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsi ilə bağlı sürətli və müstəqil beynəlxalq araşdırmaya çağırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Kallas sosial media hesabında bildirib.
“Qəza Rusiyanın hücumu səbəbindən baş verə bilər. Ona görə də sürətli, müstəqil və beynəxalq araşdırmaya çağırıram”, – Kallas əlavə edib.