Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri bazar ertəsi Rusiya, Belarus, Çin və Şimali Koreyaya qarşı 15-ci sanksiyalar paketini təsdiqləyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ mətbuatı məlumat paylaşıb.
Bildirilir ki, ümumilikdə Rusiya Federasiyası, Belarus, Çin və Çimali Koreyadan 54 nəfər və 30 təşkilat məhdudiyyətlərə məruz qalıb.
Avropa Komissiyasının bəyanatında deyilir ki, görülən tədbirlər əvvəllər qəbul edilmiş sanksiyalardan yayınma ilə mübarizəyə yönəlib.
Avropa İttifaqı həmçinin “Belarusdakı vəziyyət və Belarusun Rusiyanın Ukraynaya təcavüzündə iştirakı ilə əlaqədar” yeni sanksiyalar siyahısına Belarusdan 26 fiziki və iki hüquqi şəxsin daxil edildiyini açıqlayıb.