Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı fərdi sanksiyaların müddətini daha 6 ay uzadıb. Həmçinin iki nəfəri qara siyahıdan çıxarıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Aİ Şurasının bəyanatında bildirilib.
“Bu gün Şura Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini daha 6 ay, 2025-ci il martın 15-nə qədər uzatmaq qərarına gəlib”, – bəyənatda qeyd edilib.