Xəbərlər

Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların müddətini 6 ay uzatmaq qərarına gəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Aİ Rusiyanın Ukraynada sabitliyi pozmağa yönəlmiş hərəkətlərinə görə ilk dəfə 2014-cü ildə tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərin 2025-ci il yanvarın 31-dək uzadıldığını açıqlayıb.