Avropa İttifaqı (Aİ) ölkələrinin daimi nümayəndələri Rusiyaya qarşı sanksiyaların hər 36 aydan bir uzadılmasını nəzərdən keçirəcəklərini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Financial Times” məlumat yayıb.
“Ən mümkün variant 36 aydır. Amerikalılar daha qısa müddətin onlar üçün məqbul olmayacağını açıq şəkildə bildirdilər”, – FT-ə verdiyi şərhdə adının açıqlanmasını istəməyən Avropa rəsmisi bildirib.