“Avropa İttifaqı (Aİ) ölkələri digər qlobal oyunçularla ayaqlaşa bilməkdən ötrü yeni təhlükəsizlik tədbirləri üçün maliyyəni artırmalıdır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Avropa Müdafiə Agentliyinin icraçı direktoru bildirib.
“Biz Ukraynadakı münaqişənin timsalında müharibə təzyiqi altında innovasiya dövrünün necə vacib olduğunu görürük. Avropada innovativ ideyadan onun tətbiqinə qədər uzun bir yol var. Bu, ölüm vadisi adlanır. Bir çox yaxşı ideyalar onları dəstəkləməyə hazır olan vençur kapitalının olmaması səbəbindən məhv olur. Aİ ölkələri müdafiəyə ABŞ-dan 12 dəfə az vəsait xərcləyir. Avropanın hava hücumundan müdafiəsi xeyli zəifdi”, – o qeyd edib.