“Avropa İttifaqı (Aİ) ölkələri 2022-ci ilin noyabr ayından Ukrayna Silahlı Qüvvələrinin (AFU) 60 minə yaxın hərbi qulluqçusuna təlim keçib, qışın sonunadək daha 15 min nəfərə təlim keçirilməsi planlaşdırılıb”.
“Füyuzat”ın məlumatına görə, bunu Avropa Komissiyası (AK) rəhbərinin birinci müavini Valdis Dombrovskis deyib.
“2022-ci ilin noyabrında Aİ-nin Ukraynaya Hərbi Yardım Missiyası (EUMAM) fəaliyyətə başlayıb. Missiya çərçivəsində 60 min ukraynalı əsgər Aİ ərazisində təlim keçib”, – məlumatda bildirilib.