Oktyabrın 9-da Avropa İttifaqı (Aİ) ölkələrinin daimi nümayəndələri Rusiya Federasiyasının bloklanmış aktivlərindən əldə edilən gəlir hesabına Kiyevə 35 milyard avro məbləğində kredit verilməsi barədə razılığa gələ bilərlər.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Politico” şirkətinin məlumatında bildirilir.
Qəzet yazır ki, qərarın noyabr ayında rəsmən təsdiqlənəcəyi gözlənilir. Kiyevə ayrılan vəsait Rusiyanın dondurulmuş aktivlərinin gəlirləri hesabına ödəniləcək.