“Brüssel Kiyevə 2027-ci ilin sonuna qədər nəzərdə tutulmuş 50 milyard avroluq büdcə yardımının 4,2 milyard avrosunu artıq köçürüb”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Avropa Komissiyası (AK) bəyanat yayıb.
Qeyd edilib ki, 2024-cü ildə Aİ Kiyevə ayda orta hesabla 1,5 milyard avro ayıracaq və ödənişlər bu səviyyədə qalsa, Avropa Komissiyasından ayrılan yardım 2027-ci ilin sonuna qədər deyil, 2026-cı ilin əvvəlinə qədər təhvil veriləcək.