Avropa İttifaqı (Aİ) aprelin sonuna qədər Ukraynaya Rusiyanın dondurulmuş aktivlərindən 2,1 milyard avro gəlir vermək niyyətindədir.
“Füyuzat”ın məlumatına görə, bunu Brüsseldə Aİ-Ukrayna Assosiasiya Şurasının iclasının yekunlarına dair mətbuat konfransında Aİ diplomatiyasının rəhbəri Kaya Kallas deyib.
“Biz bu ayın sonuna qədər Ukraynaya mərhələli şəkildə 2,1 milyard avro məbləğində ikinci tranşı vermək niyyətindəyik”, – o deyib.