Avropa İttifaqı (Aİ) və Moldova gələn həftə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş bağlayacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.
Qeyd edilir ki, yeni sazişlə Moldova ictimaiyyətlə kəşfiyyat mübadiləsini gücləndirəcək və birgə hərbi təlimlərdə iştirak edə biləcək. Bundan əlavə, Kişinyov Aİ çərçivəsində birgə silah alışı proqramına qoşulacaq.
Saziş layihəsində deyilir ki, Moldova və Aİ xarici manipulyasiya, kiber təhdidlər və terror təhlükələrindən qorunmaq üçün belə tədbirlər görür. Bu, Moldovanın Aİ ilə təhlükəsizlik və müdafiə sahəsində inteqrasiyanı gücləndirdiyinin təsdiqidir.
Nəşrin məlumatına görə, Aİ səfirləri yaxın günlərdə sənədi müzakirə edəcəklər.