Xəbərlər

Aİ və NATO kritik infrastrukturu qorumaq üçün plan hazırlayır

Avropa İttifaqı (Aİ) və NATO tərəfindən kritik infrastrukturu qorunmaq üçün plan hazırlanıb. Planda xarici müdaxilələrə atəş açmaq üçün kiçik çaplı silahlar, dronları zərərsizləşdirmək üçün şəbəkələr və onları məhv etmək üçün cihazlardan istifadə etmək nəzərdə tutulur.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Financial Times” məlumat yayıb.

Məlumata görə, energetika nazirləri və NATO rəsmilərinin gizli görüşündə Şimal və Baltik dənizlərində enerji generatorlarının, boru kəmərlərinin və sualtı kabellərin qorunması üçün bu və digər tez-tez istifadə olunan tədbirlər müzakirə edilib.

Aİ nazirləri və NATO rəsmiləri ilə görüşə sədrlik edən Belçikanın energetika naziri Tinne Van der Straten agentliyə bildirib: “Bu cür infrastrukturun təmin edilməsi geosiyasi və iqtisadi imperativə çevrilib. Yaxın əməkdaşlıq tamamilə vacibdir”.

Qeyd edək ki, bundan əvvəl altı Avropa ölkəsi – Belçika, Böyük Britaniya, Danimarka, Almaniya, Norveç və Hollandiya Şimal və Baltik dənizlərində infrastrukturun mühafizəsi haqqında birgə bəyannamə imzalayıb.