Xəbərlər

Aİ xarici işlər nazirlərinin İranla bağlı qeyri-rəsmi görüşü olacaq

“Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin İranla bağlı qeyri-rəsmi görüşü aprelin 16-da videokonfrans formatında keçiriləcək. Hələlik sanksiyalar nəzərdə tutulmur”.

“Füyuzat”ın məlumatına görə, bunu Aİ diplomatiyasının rəhbəri Xosep Borrellin mətbuat katibi Peter Stano bildirib.

Onun sözlərinə görə, Aİ ölkələrinin heç də hamısı nazirlər səviyyəsində təmsil olunmayacaq.

Stano vurğulayıb ki, İran vətəndaşları və hüquqi şəxsləri artıq Aİ-nin bir çox sanksiyaları altındadır, o cümlədən Rusiya ilə hərbi-texniki əməkdaşlıq etdiyi üçün rəsmi Tehran anti-Rusiya məhdudiyyətləri paketinə daxil edilib.