Avropa İttifaqı (Aİ) ölkələri xarici təcavüz halında üzv dövlətlərin bir-birinə yardım göstərməsi üçün birgə müdafiə müqaviləsinə ehtiyac duyurlar.
“Füyuzat”ın məlumatına görə, bu barədə Finlandiyanın keçmiş Prezidenti Sauli Niinistyonun Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin adından hazırlanmış Brüsseldə dərc olunmuş 165 səhifəlik hesabatında deyilir.
“Avropa İttifaqının hər hansı icma ölkəsinə qarşı təcavüzə ümumi reaksiya ilə bağlı yeni hüquqi normasının hazırlanmasını öyrənmək lazımdır”, – sənəddə deyilir.
O qeyd edir ki, müqavilə qərarların qəbulu, hərəkətlərin əlaqələndirilməsi, məlumat mübadiləsi üçün prosesləri hazırlamalı, Aİ institutlarının, milli və yerli hakimiyyət orqanlarının funksiyalarını müəyyən etməlidir.
Hesabatda vurğulanır ki, bu tədbirlər NATO-nun kollektiv təhlükəsizlik mexanizmini tamamlamalıdır.