Xəbərlər

AK: Aİ özünü müdafiə etmək üçün vasitələrə malik olmalıdır

“Avropa İttifaqı (Aİ) Şimali Atlantika Alyansının (NATO) mövcudluğuna baxmayaraq, özünü müdafiə etmək və düşmənin qarşısını almaq üçün vasitələrə malik olmalıdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Praqada keçirilən təhlükəsizlik konfransında deyib.

“NATO kollektiv müdafiəmizin mərkəzində qalmalı olsa da, özümüzü müdafiə etmək və istənilən düşmənin qarşısını almaq üçün öz imkanlarımıza ehtiyacımız var. Təhlükəsizliyimiz bizim ilk məsuliyyətimizdir”, – Leyen bildirib.