Xəbərlər

AK: Aİ Ukrayna ilə bağlı danışıqlarda iştirak etməlidir

“Avropa Komissiyası (AK) hesab edir ki, Ukrayna münaqişəsinin nizamlanması üzrə mümkün danışıqlar masasında Avropa İttifaqı (Aİ) iştirak etməlidir”.

“Füyuzat”ın məlumatına görə, bunu Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi deyib.

“Ukrayna ilə bağlı mövqeyimiz aydındır: Ukraynasız Ukrayna haqqında heç nə demək olmaz. Avropa da danışıqlar masasındadır, biz Ukrayna prezidenti Volodimir Zelenskinin təşəbbüsünü dəstəkləyirik. İstənilən təklifdə Ukraynanın ərazi bütövlüyü və suverenliyi nəzərə alınmalıdır”, – nümayəndə qeyd edib.