Xəbərlər

AK: Ermənistanla yaxınlaşma artır, ancaq üzvlük üçün rəsmi müraciət edilməyib

“Avropa İttifaqı (Aİ) ilə yaxınlaşma prosesi getdikcə sürətlənir, lakin Ermənistan hələ də üzvlük üçün rəsmi ərizə təqdim etməyib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Avropa Komissiyasından “İzvestiya”ya bildiriblər.

“Ermənistanda davam edən müzakirələr göstərir ki, Avropa İttifaqının və onun dəyərləri bu ölkədə cəlbedicidir. Aİ-Ermənistan münasibətləri heç vaxt indiki qədər yaxın olmayıb. Viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlanması və Avropa Sülh Fondu tərəfindən verilən 10 milyon avroluq dəstək bunu nümayiş etdirdi”, – məlumatda bildirilib.