Xəbərlər

AK Kiyevə 1,5 milyard avro ayırıb

Avropa Komissiyası (AK) Kiyevə silah alışı üçün Rusiya aktivlərindən əldə edilən gəlirdən 1,5 milyard avro ayırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə AK-nın rəhbəri Ursula fon der Leyen bildirib.

“Bu gün biz Rusiyanın immobilizasiya olunmuş aktivlərindən əldə edilən 1,5 milyard avro gəliri Ukraynanın müdafiə və yenidənqurma ehtiyaclarına köçürdük”, – Ursula fon der Leyen söyləyib.