Xəbərlər

AK Rusiyaya qarşı yeni sanksiyalar təqdim etmək niyyətindədir

Avropa Komissiyası (AK) sentyabrın 19-da Rusiyaya qarşı yeni, 19-cu sanksiyalar paketini təqdim etmək niyyətindədir.

“Füuzat”ın məlumatına görə, bu barədə “Handelsblatt” qəzeti Avropa İttifaqındakı (Aİ) mənbələrinə istinadən məlumat yayıb.

Onların fikrincə, məhdudiyyətlər ilk növbədə Avropanın Rusiya neft və qaz tədarükünü qəbul etməkdən imtinasını sürətləndirmək, eləcə də Rusiyadan enerji alışını dayandırmaq üçün Çin və Hindistana təzyiqləri artırmaq məqsədi daşıyır. Konkret olaraq, Aİ Rusiya ilə ticarətlə məşğul olduğu güman edilən bu ölkələrin banklarına və neft emalı zavodlarına qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır. Qara siyahıya yeni neft tankerləri də əlavə olunacaq. Eyni zamanda, Avropa Komissiyası ABŞ prezidenti Donald Trampın Çin və Hindistana qarşı cəza rüsumlarının tətbiqi tələbini rədd edib.

Verilən məlumata görə, Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində Aİ ruslara vizaların verilməsini məhdudlaşdırmaq üçün vahid qaydalar da yaratmaq niyyətindədir.