Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının(AKTA) 2025-ci il üzrə son qərarına əsasən, ekspert komitələrinin yeni sədr və katibləri müəyyən olunub.
“Füyuzat” bu barədə assosiasiyaya istinadən xəbər verir.
Məlumata əsasən, aşağıdakı şəxslər ekspert komitələrinin sədr və katibləri seçiliblər:
1. Təhsil Komitəsi (tam adı: Təhsil, tədris və insan resursları komitəsi): Ülvi Aslanov – sədr, AKTA qızıl üzvü (Code Academy, Baş icraçı direktor); Bəhruz Əliyev – katib, AKTA eksperti (İnformasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı).
2. Texniki komitə (tam adı: Kibertəhdidlərə qarşı mübarizə, texniki məsələlər və prosedurlar komitəsi): Araz Mirzəyev – sədr, AKTA qızıl üzvü (Upgrade Solutions MMC, Təsisçi); Şahmar Həsənli – katib, AKTA qızıl üzvü (Upgrade Solutions MMC, Baş informasiya inzibatçısı).
3. İnnovasiya Komitəsi (tam adı: Yerli həllər, məhsullar, innovasiya və startaplar komitəsi): Mircəlal Bağırov – sədr, AKTA qızıl üzvü (Techpro DC, Kommersiya direktoru); Rövşən Məmmədov – katib, AKTA eksperti (Brandefense, regional satış meneceri).
4. “GRC” Komitəsi (tam adı: Hüquq, risk və uyğunluq komitəsi): Kamran Kərimov – sədr, AKTA eksperti (Kapital Bank, İnformasiya təhlükəsizliyi departamentinin direktor müavini); Xədicə Tağızadə Bürcəliyeva – katib, AKTA eksperti (SOCAR, baş mühəndis).






