Ermənistan parlamentinin sədri Alen Simonyan Bişkekdə Qırğızıstan Nazirlər Kabinetinin Baş naziri Adilbek Kasıməliyev ilə görüşüb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan Milli Assambleyasından bildirilib.
Ermənistan və Qırğızıstan arasında əlaqələrin inkişafının hər iki ölkə üçün əhəmiyyətini vurğulayan tərəflər istifadə olunmamış potensialın olduğunu qeyd edərək, bu istiqamətdə konkret addımların atılmasının vacibliyini vurğulayıblar.
Müzakirələrdə həm siyasi, həm də iqtisadi əməkdaşlıqla bağlı müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb. İki ölkə arasında ticarət dövriyyəsi və turizmlə bağlı məsələlərə xüsusi önəm verilib.



