Xəbərlər

Ali Rada hərbi vəziyyət və səfərbərlik müddətini uzadıb

Ali Rada Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin daha 90 gün – fevralın 8-dən mayın 9-dək uzadılmasını nəzərdə tutan qanun layihələrini dəstəkləyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak “Telegram” paylaşım edib.

Verilən məlumata görə, Ukrayna prezidenti Volodimir Zelenski müvafiq sənədləri bir gün əvvəl Radaya təqdim edib.