Almaniya gələn il təhlükəsizlik və müdafiə məsələlərinə 75 milyard avrodan çox vəsait xərcləyəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə müdafiə naziri Boris Pistorius Bundestaqda çıxışı zamanı bildirib.
“Gələn il müdafiə məsələlərinə büdcə planından 53,25 milyard avro ayrılacaq. Bundesver üçün xüsusi fonddan daha 22 milyard avro əldə edəcəyik. Beləliklə, bizim təhlükəsizliyimiz və müdafiəmiz üçün 75 milyard avrodan çox vəsait ayrılacaq”, – Pistorius bildirib.
Onun sözlərinə görə, müasir dünyada baş verən böhran və münaqişələr fonunda bu vəsait kifayət etməyəcək: “Gələcəkdə daha çox pul xərcləməli olacağıq, bu da ÜDM-nin 2%-dən çox olması deməkdir”.