“Ukraynadan yeni qaçqın dalğaları yaranarsa, onlar Avropa İttifaqında (Aİ) əvvəlkindən fərqli şəkildə paylanacaq və Berlinin birlikdəki tərəfdaşları daha çox Ukrayna vətəndaşını qəbul edəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Almaniyanın daxili işlər naziri Nensi Feser “RND” redaksiyasına müsahibəsində deyib.
“Almaniya qonşu Polşa və Çexiya ilə birlikdə hərbi münaqişənin başlanmasından sonra Aİ-yə daxil olan bütün ukraynalı qaçqınların 54%-ni qəbul edib. Buna baxmayaraq, ukraynalılar yenidən Qərbə qaçsalar, onlar Aİ-də fərqli şəkildə bölüşdürülməlidirlər. O zaman digər ölkələr əvvəlkindən daha çox qaçqın qəbul etməlidirlər”, – nazir vurğulayıb.