Xəbərlər

Almaniya hakimiyyəti Kiyevə “Pistorius RCH 155” qurğusunu təhvil verib

Almaniyanın “Pistorius RCH 155” tipli ilk özüyeriyən artilleriya qurğusunu (SPG) Ukrayna tərəfinə təhvil verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius mətbuata açıqlamasında bildirib.

“Bu, Ukraynanın bizə arxalana biləcəyinə işarədir”, – nazir qeyd edib.

Verilən məlumata görə, Almaniya hakimiyyəti ümumilikdə Kiyevə 54 belə özüyeriyən silahı təhvil verməyi planlaşdırır. İlk altı qurğu hələlik Almaniyada qalacaq və ukraynalı hərbçilər qurğuları idarə etmək üçün təlim keçəcək.