Almaniya Silahlı Qüvvələri (Bundesver) qoşunların Litvada NATO-nun şərq cinahına yerləşdiriləcəyini və bölmənin 2027-ci ilə qədər tam fəaliyyət göstərəcəyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Newsweek” məlumat yayıb.
Beləliklə, İkinci Dünya Müharibəsindən sonra ilk dəfə olaraq alman əsgərləri daimi olaraq xaricdə yerləşdiriləcək.
Alyansdakı alman briqadasının komandiri briqada generalı Kristof Huber deyib: “Bizim aydın missiyamız var. NATO-nun şərq cinahında titvalı müttəfiqlərimizin təhlükəsizliyini, azadlığını təmin etməliyik”.



