Almaniya, İspaniya və Fransa Hərbi Hava Qüvvələrinin birləşmiş qrupu Yaponiya Hərbi Hava Qüvvələri ilə təlimlərə başlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Nikkei” qəzeti məlumat verib.
Təlimlərdə Almaniya və İspaniya Hərbi Hava Qüvvələrinə məxsus 12 ədəd “Eurofighter Typhoon” qırıcısı, eləcə də Fransa Hərbi Hava Qüvvələrinə məxsus 4 ədəd “Rafale” döyüş təyyarəsi iştirak edib. Yaponiya altı ədəd F-15 və F-2 döyüş təyyarəsi ilə təmsil olunub.
Almaniya, İspaniya və Fransa Hərbi Hava Qüvvələrinə məxsus bu təyyarələr daha əvvəl Alyaska bölgəsində Amerika təyyarələri ilə təlim keçirib.