Xəbərlər

Almaniya İsrailə müharibə silahları ixracını dayandırıb

Almaniya İsrailə müharibə vəziyyətlərində istifadəyə yararlı yeni silah ixracını dayandırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, Almaniya bu cür ixracın humanitar qanunları pozduğunu iddia edən hüquqi və siyasi təzyiqlərə görə İsrailə silah ixracını nəzərdə tutan lisenziyaların təsdiq edilməsi ilə bağlı işləri dayandırıb.

Aidiyyəti qurumlar bununla bağlı müraciətlərə cavab verməyib. Lakin Almaniya hökuməti “Reuters”in sözügedən xəbəri dərc etməsindən sonra bəyanat verib.

“Almaniyanın İsrailə silah ixracı ilə bağlı boykot qərarı yoxdur”, – bəyanatda deyilir.