“Bir çox ölkə İsrail ordusunun Qəzzada köçkünlərin sığındığı məktəbə təşkil etdiyi və ən azı 100 fələstinlinin həyatını itirdiyi hücumu pisləsə də, Almaniya İsrailin hücumunu özünü müdafiə etmə haqqı olduğu səbəbilə müdafiə etdi”.
“Füyuzat”ın məlumatına görə, bunu Almaniya hökumətinin sözçüsü Volfqanq Büçner Berlində mətbuata verdiyi açıqlamada bildirib.
“İsrailin özünü müdafiə etmək hüququ var. Yerdəki reallıq, HƏMAS-ın məktəbləri, xəstəxanaları və uşaq bağçalarını komanda mərkəzi olaraq istifadə etdiyini və Qəzza zolağının əhalisini tamamilə onların iradəsinə zidd olaraq qalxan kimi istismar etməsini ehtiva edir. Bu vəziyyətin acı bir reallığıdır”, – Bünçer qeyd edib.