Xəbərlər

Almaniya Kiyevə PUA tədarük etməyə başlayacaq

“Dekabr ayından etibarən Almaniya Kiyevi yüksək texnologiyalı, elektron müharibə sistemlərinin öhdəsindən gəlməyə qadir olan dronlarla təchiz etməyə başlayacaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Bild” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Ümumilikdə Kiyevə süni intellektlə idarə olunan 4 min belə dronun köçürüləcəyi bildirilib.

Qeyd edək ki, Almaniyanın müdafiə naziri Boris Pistorius pilotsuz uçuş aparatlarını (PUA) iyunda Kiyevə təhvil vermək planlarını açıqlayıb, sentyabrda isə Helsinq şirkəti onların təhvil verilməsi üçün Ukrayna Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb.

Helsinq şirkətinin PUA-ları Ukrayna Silahlı Qüvvələrinin pilotsuz vasitələrindən 4 dəfə böyük uçuş məsafəsinə malikdir, tankı və digər bəzi ağır texnikaları məhv etmək üçün kifayət qədər partlayıcı daşıya bilir.