“Almaniya NATO-nun Baltik dənizində həyata keçirəcəyi monitorinq tədbirlərində iştirak edəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Almaniya kansleri Olaf Şolts jurnalistlərə müsahibəsində deyib.
“Almaniya öz imkanlarından istifadə edərək nəzarətin gücləndirilməsində iştirak edəcək. Biz təhlükəsizliyimiz üçün müvafiq tədbirlər görəcəyik. Baltik dənizində bizi narahat edən bir sıra ciddi hadisələr baş verib. Avropa ölkələrinin iqtisadi inkişafı üçün zəruri olan mühüm infrastruktur təhlükə altındadır. Buna görə də bizim Baltik dənizi regionunda təhlükəsizliyə necə nail ola biləcəyimizi müzakirə etmək üçün burada olmağımız vacibdir”, – Şolts qeyd edib.