Almaniya Ukraynanın “Prioritet Ehtiyaclar Siyahısı” (PURL) çərçivəsində NATO-nun digər müttəfiqləri ilə birlikdə 500 milyon dollar dəyərində hərbi yardım paketini maliyyələşdirməyə hazır olduğunu açıqlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Almaniya Müdafiə Nazirliyindən bildirilib.
Nazirlikdən verilən məlumata görə, ABŞ-a Ukraynanı silah və sursatla təmin etməyə davam etmək istəyinə görə təşəkkür edilib və Almaniyanın bu təşəbbüsə qoşulmaqla Ukraynaya dəstəyini əhəmiyyətli dərəcədə gücləndirdiyi vurğulanıb.



