Xəbərlər

Almaniya Silahlı Qüvvələri 100 milyon avroya təlim raketləri alacaq

Silah istehsalçısı “Rheinmetall” Almaniya Silahlı Qüvvələri ilə Tiger helikopterləri üçün 70 mm-lik təlim raketlərinin tədarükü ilə bağlı müqavilə bağlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Almaniya şirkətinin açıqlamasında bildirilib.

İlk partiyanın 2024-cü ildə təhvil veriləcəyinin gözlənildiyi haqqında xəbər verilib.

Qeyd edək ki, “Rheinmetall”ın dövriyyəsi 2023-cü ildə 12% artaraq 7,1 milyard avroya çatıb.