Xəbərlər

Almaniya Ukraynaya əlavə 1,4 milyard avro yardım ayırmağı planlaşdırır

Almaniya Müdafiə Nazirliyi Ukraynaya daha bir genişmiqyaslı dəstək elan edib. Belə ki, Bundestaq (Almaniya parlamenti) 2024-cü il üçün əlavə 400 milyon avro yardım ayrılmasını təsdiqləyib. Bu, ümumilikdə 1,4 milyard avro məbləğində 50 layihənin həyata keçirilməsinə imkan verəcək.

“Füyuzat”ın məlumatına görə, bunu Almaniyanın Ukrayna üzrə Xüsusi İdarənin rəisi, general-mayor Kristian Freydinq bildirib.

“Almaniya parlamenti bizə təkcə 2024-cü il üçün əlavə 400 milyon avro ayırıb. Bu, ümumilikdə 1,4 milyard avro deməkdir. Məbləğ ümumilikdə 50 layihə həyata keçirmək imkanı verəcək”, – Freydinq bildirib.

Onun sözlərinə görə, Rusiyanın artilleriya üstünlüyü yazda 8:1-dən indiki vaxtda 3:1-ə qədər azalıb.