Xəbərlər

Almaniya Ukraynaya hər il 9 milyard avro yardım edəcək

“Berlin Kiyevə hər il 9 milyard avro yardım edəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl deyib.

“Ortamüddətli perspektivdə biz Ukraynaya 8,5 milyard avro hərbi yardımı, üstəlik əlavə vəsaitin verilməsini təsdiqləmişik. Yekun nəticədə yardım 9 milyard avro olacaq. Qərar təsdiq edilib”, – nazir əmin edib.

Almaniya Maliyyə Nazirliyinin məlumatına görə, Berlin müharibə zamanı Kiyevə 50 milyard avrodan çox vəsait köçürüb ki, bunun da təxminən 17 milyardı hərbi xərclər üçün olub.

Qeyd edək ki, Almaniya ABŞ-dan sonra dünyada Ukraynaya dəstək verən ikinci, Avropada isə birinci ölkə olaraq qalır.