Xəbərlər

Almaniya və Fransanın xarici işlər nazirləri Dəməşqə səfər ediblər

Almaniya və Fransanın xarici işlər nazirləri cümə günü gözlənilmədən Suriyaya səfər ediblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə Almaniya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Almaniya Xarici İşlər Nazirliyinin bəyanatında səfərin Avropa İttifaqı (Aİ) adından həyata keçirildiyi bildirilib.

“Suriyada yeni başlanğıc yalnız o zaman mümkün olacaq ki, yeni Suriya cəmiyyəti etnik və dinindən asılı olmayaraq, həm qadın, həm də kişi bütün suriyalıların siyasi proseslərə çıxışını təmin etsin. Suriyada keçid dövrünün seçkilərin təxirə salınması cəhdləri və ya məhkəmə və təhsil sisteminin islamlaşmasına doğru addımlar ilə müşayiət olunmamasını da təmin etmək lazımdır”, – Almaniyanın xarici işlər naziri Annalena Berbok vurğulayıb.